RUSİYA

Rusiya Avropanın bir hissəsidir, ya yox: Avropalıların bu barədə fikirləri fərqlidir

Avropalılar Sputnik-in rəy sorğusu çərçivəsində Rusiyanın Avropanın bir hissəsi olub-olmadığı barədə öz fikirlərini bildiriblər
Sputnik

BAKI, 21 fevral — Sputnik. Fransa (65%) və böyük britaniyalıların (52%) yarıdan çoxu, eləcə də almanların 46%-i Rusiyanı Avropanın bir hissəsi hesab eləmir. Bununla belə, Polşa sakinləri əks mövqeni müdafiə edirlər. Onların sadəcə 20%-i Rusiyanın Avropa olmadığı fikri ilə razılaşır.

Azərbaycanlı jurnalist Avropa ölkəsinə buraxılmadı

Bu barədə Sputnik.Rəy layihəsi çərçivəsində Ifop şirkəti tərəfindən Sputnik İnformasiya Agentliyi və Radiosu üçün keçirilən sorğunun nəticələrində bildirilir.

Rusiyanı Avropa hesab edən almanların sayı 49% təşkil edir. Fransa və Britaniyada isə belə düşünənlərin payı 29% və 35%-dir. Yalnız Polşada situasiya kardinal surətdə fərqlənir – rəyi soruşulanların 77%-i Rusiyanı Avropa ölkəsi hesab edir.

Qoyulan suala britaniyalıların 13%-i, fransızların 6%-i, almanların 5%-i, polşalıların isə 3%-i cavab verməkdə çətinlik çəkiblər.

Rusiya Avropanın bir hissəsidir?

Bütün bunlarla yanaşı, yaşı 35-dən yuxarı olan fransızların, almanların və polşalıların savadlı hissəsi gənclərə nisbətən Rusiyanı Avropanın bir hissəsi sayırlar. Polşada isə solçular və mərkəzçilər (83%) sağçılara (77%) nisbətən daha çox Rusiyanı Avropanın bir hissəsi hesab edirlər.

Sorğu 2017-ci ilin 20-27 sentyabr tarixlərində ictimai rəyi öyrənməklə məşğul olan qədim Ifop şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 3 228 respondent iştirak edib. Seçim zamanı əhalinin cinsi, yaşı və coğrafiya nəzərə alınıb. Bütün ölkələr üzrə sorğunun nəticələrində maksimal səhv 3,1% ola bilər, 95%-i isə etibarlıdır.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Avropa İttifaqı Qarabağla bağlı bəyanat yaydı

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.