SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi partiya və QHT-lərlə bağlı yeni qərar

Siyasi partiyaların, QHT-lərin fəaliyyətində əlillərin iştirakını məhdudlaşdırmaq qadağan edilir
Sputnik

BAKI, 20 fevral — Sputnik. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının (QHT), həmkarlar ittifaqlarının fəaliyyətində əlillərin iştirakını məhdudlaşdırmaq qadağan olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.

Millət vəkili siyasi partiyalarla bağlı tədbir görülməsini tələb etdi

Qanun layihəsinin 33-cü maddəsində (Siyasi və ictimai həyatda iştirak) göstərilir ki, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

Qeyd edək ki, bu məsələ mövcud qanunun 15-ci maddəsi (Siyasi və ictimai həyatda müyəssərlik) ilə tənzimlənir. Həmin maddədə deyilir ki, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir.

Mövcud qanunvericilikdə məhdudiyyətin qoyulmaması əksini tapmayıb. Amma yeni hazırlanan qanun layihəsi isə bu məsələni tənzimləyəcək.

Qanun layihəsi Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul olunub.