CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayılda viran qalan evlərin sakinləri ilə bağlı yeni xəbər

Evləri uçmuş sakinlərə veriləcək kompensasiya gəlincə, 10 gün ərzində evləri dağılmış ailələrə dəyən zərərin həcmi müəyyənləşdiriləcək
Sputnik

BAKI, 19 fevral — Sputnik. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında sürüşmə baş verən ərazidə təhlükə ilə üzləşən mənzil sahibləri ilə növbəti dəfə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib. O, bildirib ki, icra başçısı sakinləri onların yerləşdirildiyi sığınacaqda qəbul edib.

Sürüşmə zonasında son durum: Rəsmilər vəziyyətin ciddi olduğunu bildirirlər

Görüşün məqsədi sakinlərə kirayə evlərə çıxmaq üçün veriləcək kompensasiyalarla bağlı olub.

Kərimov qeyd edib ki, sabahdan 67 ailəyə kartlar təqdim olunacaq. Həmin kartlar kirayə haqları köçürülmüş 11 aylıq xüsusi kartlardır. Məbləğə gəlincə, ödənişlər ailə üzvlərinin sayına müvafiq ödənilir.

İ.Kərimov əlavə edib ki, ümumilikdə 98 ailə köçürüləcək.

Evləri uçmuş sakinlərə veriləcək kompensasiya gəlincə, 10 gün ərzində evləri dağılmış ailələrə dəyən zərərin həcmi müəyyənləşdiriləcək.