RUSİYA

Rusiya ABŞ-ı darmadağın etdi

Rusiya yığması üç oyundan sonra 6 xal toplayaraq 1/4 finala vəsiqə qazanıb
Sputnik

BAKI, 17 fevral — Sputnik. Buz üstündə hokkey üzrə Rusiyanın kişilərdən ibarət yığması Qış Olimpiya Oyunlarının qrup mərhələsində ABŞ-ı 4:0 hesabı ilə darmadağın edib.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya yığmasının heyətində hərəyə iki qol olmaqla Nikolay Proxorkin (8, 23) və İlya Kovalçuk (40, 41) fərqlənib.

Rusiya yığması üç oyundan sonra 6 xal toplayaraq 1/4 finala vəsiqə qazanıb.