HADİSƏ

Bazarda törədilən terror aktı nəticəsində ölənlərin sayı artır

Nigeriyada terrorçuların hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb
Sputnik

BAKI, 17 fevral — Sputnik. Nigeriyada terrorçuların törətdikləri partlayışlar nəticəsində 22 nəfər ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Sinhua" agentliyinin yaydığı xəbərdə deyilir.

Dünən axşam üç nəfər terrorçu-kamikadze Borno ştatının Kondqyuqa şəhərinin bazarında özünü partladıb.

Hücum nəticəsində 28 nəfər də yaralanıb.