BAKI, 17 fevral — Sputnik. Meksikada son dövrlərin ən güclü zəlzələsi baş verib. Ölkənin cənub-qərbində qeydə alınan zəlzələnin gücü 7,5 bal olub.
Sputnik AzərbaycanCNBC-yə istinadən xəbər verir ki, məlumatı ABŞ Geoloji Araşdırmalar Mərkəzi yayıb.
Episentri 43 km dərinlikdə olan yeraltı təkanlar nəticəsində ölü və yaralılar barədə hələlik məlumat verilməyib.
Zəlzələdən sonra sunami təhlükəsinin olmadığı bildirilib.
Xatırladaq ki, Meksikada 19 sentyabr 2017-ci ildə 7,1 bal gücündə baş verən zəlzələdə 369 nəfər dünyasını dəyişmişdi.