TƏHLİL

İlham Şaban “Cənub Qaz Dəhlizi”nin beynəlxalq əhəmiyyətini açıqladı

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, iki ildən də az bir vaxt sonra Azərbaycan qazı Avropa bazarlarında olacaq
Sputnik

İlham Şaban: “Bu layihədən digər ölkələrdə yararlanacaq”
Fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, bu layihə Xəzər kimi enerji ilə zəngin olan bir regionu böyük enerji istehlakçıları ilə birləşdirən infrastrukturun yaranmasının başlanğıcıdır: 

“Dünya bazarında enerji daşıyıcılarının qiymətinin aşağı olduğu bir dövrdə Azərbaycan və onun tərəfdaşları belə bir layihəni gündəmə gətirdilər və cəmi 5 il ərzində reallaşdıra bildilər. İki ildən də az bir vaxt sonra Azərbaycan qazı Avropa bazarlarında olacaq. Bu layihə genişləndikcə ondan digər ölkələr də yararlanacaq”.