Amerikadan Türkiyəyə ağlasığmaz təklif

Pentaqonun bəyanatından bir neçə saat sonra Türkiyənin müdafiə naziri Nurəddin Canikli jurnalistlərə Mettislə görüşün bəzi detallarını açıqlayıb
Sputnik

BAKI, 16 fevral — Sputnik. ABŞ və Türkiyə müdafiə nazirlərinin dünən Belçikanın paytaxtı Brüsseldə görüşdükləri barədə xəbər vermişdik. Bu gün isə görüşün detalları barədə həm Amerika, həm də Türkiyə mətbuatında geniş yazılar dərc edilib. Sputnik Türkiyə xəbər verir ki, ilk açıqlama Pentaqondan gəlib.

PKK dilə gəldi: Arxamızda Amerika durur

"Cənab nazir Cim Metis (Jimm Mattis) türk həmkarı Nurəddin Canikli (Nurettin Canikli) ilə görüşündə Amerikanın terrorla mübarizədə Türkiyənin yanında olduğunu bir daha xatırladıb. ABŞ PKK və digər terror təşkilatları ilə mübarizədə müttəfiqi Türkiyə ilə birgə hərəkət edəcək. Ancaq əsas diqqət İŞİD-ə yönəlməlidir", — ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Pentaqonun bəyanatından bir neçə saat sonra Türkiyənin müdafiə naziri Nurəddin Canikli jurnalistlərə Mettislə görüşün bəzi detallarını açıqlayıb. Caniklinin müsahibəsində ən çox diqqətçəkən məqam amerikalı həmkarının ona PKK ilə bağlı verdiyi təklif olub.

"Cənab Mettis mənə, PYD/YPG-ni PKK-ya qarşı döyüşdürə biləcəklərini dedi. Biz də təbii olaraq, bunun mümkün olmadığını söylədik. Çünki bunlar fərqli adlarda fəaliyyət yürüdən eyni terror təşkilatlarıdır. PKK nədirsə, PYD/YPG də odur", – Canikli vurğulayıb.