CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur şirkətin keçmiş rəhbəri Sabirabadda balıq ovunda öldü

Sabirabadda salonunda üç nəfər gəncin olduğu yolsuzluq avtomobili su kanalının kollektoruna düşüb, iki nəfər xilas olsa da, sürücü həyatını itirib
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. H 009-703 dövlət nömrə nişanlı "Jeep" markalı avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində suya düşüb. Nəticədə avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlu ölüb.

Bu barədə Sputnik Azərbaycan-a Sabirabad rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ölümlə nəticələnən növbəti avtoqəza baş verdi

Hadisə fevralın 14-dən 15-nə keçən gecə baş verib. Məlumata görə, Anar Mirzəyev iki əmioğlusu ilə birlikdə gecə yarısı su kanalının kollektoruna balıq tutmağa gedib. Amma avtomobili parklayarkən ehtiyatsızlıq etdiyindən maşın kollektora yuvarlanıb. Mirzəyevin qohumları maşından çıxmağa müvəffəq olublar. Sükan arxasında olan Mirzəyev isə ağır çəkili olduğundan kilidlənmiş qapının pəncərəsindən çıxa bilməyib. Nəticədə suda boğularaq ölüb.

Bu gün Mirzəyevin cəsədi sudan çıxarılıb.

Bir sıra məlumatlara görə, Mirzəyev əvvəllər “Lider Cola” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri olub.

Faktla bağlı araşdırma aparılır.