Milli Məclisin plenar iclası başlayıb

İclasın gündəliyinə 19 məsələ daxil edilib
Sputnik

BAKI, 13 fevral — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

R.Y.Rzayevin Ali Məhkəmənin hakimi, Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Nazir müavini Milli Məclisdə qanunsuzluqları dilə gətirdi

"Azərbaycan Respublikası Hökuməti ilə Benilüks Dövlətləri Hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

"Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişikliyə baxılacaq.

"Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə baxılacaq.

İclasda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi müzakirə ediləcək.