Mətbuat mərkəzi

MDB məkanında radioyayımın vəziyyəti müzakirə ediləcək

Ümumdünya Radio Günü postsovet məkanında radio yayımı sahəsindəki prosesləri və tendensiyaları müzakirə etmək üçün də bir fürsətdir
Sputnik

Ümumdünya Radio Günü yeni bayramdır – onu ilk dəfə 2012-ci ildə qeyd ediblər. Amma onu hər il qeyd etmək barədə qərarı YUNESKO-nın baş konfransı 2011-ci ilin 13 fevralında qəbul edib. Bu tarix təsadüfi seçilməyib. Məhz 1946-cı ilin 13 fevralında ilk dəfə "BMT Radiosu" efirə çıxıb. Onun stansiyası BMT-nin mənzil qərargahında yerləşib.

Ümumdünya Radio Günü postsovet məkanında radio yayımı sahəsindəki prosesləri və tendensiyaları müzakirə etmək üçün də bir fürsətdir. Radionun gələcəyini nə gözləyir, o, KİV-in digər növləri ilə rəqabət şəraitində necə davam gətirir və digər məsələlər barədə 13 fevral saat 16:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə söhbət açılacaq.

İştirak edəcəklər:

Bakıda:

— radio aparıcısı Aytən Səfərova;

Moskvada:

— politoloq, yazıçı, radio aparıcısı Armen Qasparyan;

— VQTRK radioholdinq direktorunun məsləhətçisi, Vesti FM radiostansiyasında yayımlanan verilişin müəllifi və aparıcısı Giya Saralidze;

— Vesti FM radiostansiyasında proqram aparıcısı, tarixçi, jurnalist Marat Səfərov;

Astanada:

— Məhəbbət ESEN-in radojurnalisti;

Bişkekdə:

– radio aparıcısı Pavel Jdanko;

– Sputnik Qırğızıstan radiosunun buraxılış redaktoru Vadim Osadçenko;

Yerevanda:

— Erməni radiosunun direktoru Mark Qriqoryan;

Kişinyovda:

— Sputnik Moldova radiosunun aparıcısı Andrey Petrik;

Minskdə:

— Sputnik Belarus radiosunun aparıcısı Vyaçeslav Şarapov və Aleksandr Krivoşeyev

Tallində:

— Sputnik Estoniya radiosunun jurnalisti Vladimir Barseqyan.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.