Qəzada ölənlərdən birinin azərbaycanlı olduğu təsdiqlənib

Ölənlərdən birinin adının Qəhrəmanov Namiq olduğu bildirilir
Sputnik

BAKI, 11 fevral — Sputnik. Rusiyada qəzaya uğrayan təyyarənin sərnişinlərinin və ekipaj üzvlərinin adları açıqlanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ölənlərdən birinin adının Qəhrəmanov Namiq olduğu bildirilir.

Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO

Amma açıqlanan siyahıda onun atasının adı yazılmayıb. Həmin şəxsin milliyətcə azərbaycanlı olduğu güman edilir.

APA xəbər verir ki, Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib. Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, N.Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N.Qəhrəmanovun tikiş sexi olub.

Xatırladaq ki, bu gün günorta saatlarında Moskvadan Orska uçan An-148 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.