CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı rəsmi açıqlama

XİN aidiyyəti dövlət qurumları ilə birgə Azərbaycan vətəndaşı olduğu ehtimal edilən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində müvafiq addımlar atır
Sputnik

BAKI, 11 fevral — Sputnik. Azərbaycan tərəfi Rusiyada qəzaya uğramış "An-148" təyyarəsinin sərnişinləri arasında bir azərbaycanlının olması xəbərinə münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hadisə ilə əlaqədar bildirib ki, hazırda həlak olduğu ehtimal edilən azərbaycanlının kimliyinin dəqiqləşdirilməsi istiqamətində müvafiq addımlar atılır:

"Qəzada bir azərbaycanlının öldüyü barədə məlumat var. XİN aidiyyəti dövlət qurumları ilə birgə Azərbaycan vətəndaşı olduğu ehtimal edilən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində müvafiq addımlar atır".