İDMAN

Qurban Qurbanovdan sərt qərar

"Qarabağ" klubunda kadr dəyişikliyi baş verib
Sputnik

BAKI, 9 fevral — Sputnik. "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov köməkçilərindən birini işdən çıxarıb. O, xeyli müddətdir komandada məşqçi kimi çalışan Namiq Yusifovu klubdan uzaqlaşdırıb.

Bu barədə Sputnik Azərbaycan-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, Namiq Yusifov artıq klubda işləmir: "Hər bir komandada dəyişikliklərin olması normal haldır. Bizdə də belə dəyişiklik baş verib. Namiq Yusifov artıq klubumuzda işləmir".