BAKI, 8 fevral — Sputnik. Afrindən yenə acı xəbər gəlib. Sputnik AzərbaycanSözçü-yə istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində 2 türk əsgəri şəhid olub, 11 əsgər yaralanıb.
Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, terrorçular müxtəlif növ silahlardan atəş açıblar. Pusqu Afrinin şimalındakı Bülbül bölgəsində qurulub.
Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb.