İDMAN

Futbol üzrə dünya kuboku Azərbaycana gətirilir

Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər
Sputnik

BAKI, 8 fevral — Sputnik. Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakı şəhərinə gətiriləcək.

AFFA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 9-da saat 11:00-da Hilton otelində görüş keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün "Gənclik Mall" ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.