HADİSƏ

Azərbaycanda tanınmış şəxslə bağlı üzücü xəbər var, oğlu danışdı

Rüstəm Hacıyev: "Öncə insult oldu, bir az sonra isə infakt keçirdi"
Sputnik

BAKI, 8 fevral — Sputnik. Azərbaycan futbol tarixinə öz adını qızıl hərflərlə yazdırmış Böyükağa Hacıyevin səhhəti qəfildən pisləşib. Onun dünən axşam saatlarında infarkt keçirdiyi bildirilir.

Sputnik Azərbaycan futbol mütəxəssisinin oğlu Rüstəm Hacıyevdən atasının səhhəti ilə bağlı son məlumatları öyrənib. Oğlu atasının vəziyyətinin ağır olduğunu bildirib.

Böyükağa Hacıyev

"Hazırda ürəyi 20 faiz işləyir. Atamın beynində xoşxassəli şiş var. Hər 5-6 ildən bir bu şişlər əməliyyat ilə götürülməlidir. Bir neçə günə məhz əməliyyat üçün Moskvaya getməyi planlaşdırırdıq. Çünki birinci əməliyyat da orada olub" — R.Hacıyev deyib.

"Amma atamın vəziyyəti qəfildən pisləşdi. Öncə insult oldu. Bir qədər sonra isə infarkt keçirdi. Həkimlər bildirirlər ki, buna səbəb beyindəki şişdir. O, beyini sıxır və təzyiqi oynadır. Nəticədə belə hallar baş verir" — o vurğulayıb.

Həmsöhbətimiz əlavə edib ki, dünən atasının ürəyinə stend qoyulub: "Təzyiqi yenə də oynayır. Gözləməkdən başqa çarəmiz yoxdur".