CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: "Cəzaları sərtləşdirmək lazımdır"

Əlillərlə bağlı qanunların icrasından boyun qaçıranlarla bağlı cəzaların sərtləşdirilməsi təklif olunur
Sputnik

BAKI, 7 fevral — Sputnik. Yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir.

Nazirliklə komitədən əlillərlə bağlı birgə təşəbbüs

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ilə bağlı dinləmələr zamanı "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Onun sözlərinə görə, bununla onlara təsir olmalıdır. Hazırkə layihədə isə məsələyə ümumi toxunulub.

Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunları icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə həmin cəzaları sərtləşdirmək lazımdır.