İDMAN

Hüseynova: “Atalar deyirlər ki, “istəyirik qızımız sənin kimi olsun”

Azərbaycanın əməkdar idman ustası, cüdoçu Zülfiyyə Hüseynova deyir ki, ailəmdə qadınların idmanla məşğul olmasına münasibət çox yaxşıdır
Sputnik

Zülfiyyə Hüseynova: “İndi idmanla məşğul olan xanımlar daha çoxdur”
“Əvvəlki dövrlərlə müqayisədə qadınların idmanla məşğul olmasına münasibət çox dəyişib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın əməkdar idman ustası, cüdoçu Zülfiyyə Hüseynova deyib.

“Baxırsan ki, qızlarımız fitnes, idman zallarındadır. İndi atalar qızlarını gətirib deyir ki, “istəyirəm qızım sənin kimi olsun””. Öz ailəmdən deyə bilərəm ki, mənim ailəmdə qadınların idmanla məşğul olmasına münasibət çox yaxşıdır. İndi idmanla məşğul olan xanımlar əvvəlki dövrlərlə müqayisədə daha çoxdur”, — deyə o bildirib.