HADİSƏ

Səhiyyə Nazirliyindən Bakıdakı partlayışla bağlı açıqlama

Hadisə nəticəsində xəsarət alan olmayıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:25 radələrində Bakının Xətai rayonu ərazisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə "Radiozavod"un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib. Nəticədə yanğın baş verib. 

Hazırda yanğının hadisə yerinə cəlb olunan 20-dək yanğınsöndürmə briqadası tərəfindən lokallaşdırıldığı bildirilir.   

Partlayışın baş vermə səbəbləri hələlik məlum deyil.