QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Milyarderin 4 min dolları və azalan erməni əhalisi

Erməni tərəfinin Dağlıq Qarabağda əhalinin sayını artırmaq üçün iri məbləğlərin köməyi ilə doğumu təşviq etməkdən başqa əlacı yoxdur
Sputnik

Aleksandra Zuyeva

BAKI, 6 fevral — Sputnik. Erməni diasporu son 25 il ərzində praktiki olaraq daimi iqtsadi böhran yaşayan Ermənistanı ayaq üstə saxlayır, lakin əhali bu yardımın bir hissəsin görür, demək Karapetyan tərəfindən ayrılmış maliyyə də öz ünvanına çatmaya bilər.

Ermənistandakı demoqrafik böhran haqqında yazmayan kimsə yoxdur. Cənubi Qafqaz məsələləri ilə məşğul olan hər bir rusiyalı, ermənistanlı və ya azərbaycanlı politoloq və jurnalist Ermənistan xalqı üçün ağrılı olan bu mövzuya heç olmasa bir dəfə toxunub.

Böhranın səbəbi yalnız iqtisadi problemlər, işsizlik, inflyasiya və aşağı maaşlar deyil, həm də erməni xalqının tapdalanan hüququdur. Ermənistan əhalisinin çox varlılar və çox kasıblara bölündüyünü nəzərə alsaq, orta təbəqənin ümumiyyətlə olmadığını və sadə vətəndaşların yalnız öhdəliklərə malik olduğunu deyə bilərik. 

Niderlandda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Əks halda demoqrafik problemləri olan ölkənn öz əsgərlərini Azərbaycanın işğal olunmuş ərazlərinə ölməyə göndərməsini nə ilə izah etmək olar? Hüquq yoxdur – yalnız öhdəliklər.

Əgər demoqrafik böhran kimi problemin Ermənistanda olmasını nəzərə alsaq, ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun olmamasını təsəvvür etmək çətindir. Ermənistan nümayəndələri işğal olunmuş ərazidəki problemlərdən danışmağı xoşlamırlar, ona görə də hətta erməni KİV-in vasitəsilə Qarabağdan əhalinin köçməsinə dair məlumatı əldə etmək praktiki olaraq mümkün deyil.

Lakin bu da asan izah olunur, qondarma "DQR"in sakinlərinin pasportları dünyanın heç bir yerində tanınmırlar, demək xarici pasportu onlar elə Ermənistanda alırlar. Müvafiq olaraq, onların barəsində məlumatları yalnız Ermənistanın statistik rəqəmlərindən əldə etmək olar. Bütün bunlar bu və ya digər şəkildə faciənin real miqyasını gizlətməyə yönəlib.

Lakin erməni diasporunun nümayəndələri bu miqyasları yaxşı başa düşürlər. O cümlədən, erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyan. Sonuncu demoqrafik problemin həlli üçün Dağlıq Qarabağdakı ailədə anadan olmuş hər dördüncü uşaq üçün 4 min dollar ayırmaq barədə qərar qəbul edib.

Sadə ermənilər, həmçinin Azərbaycanın işğal olunmuş və erməni işğalı nəticəsində tamamilə acınacaqlı vəziyyətdə olan ərazisində yaşayanlar üçün 4 min dollar çox böyük məbləğdir. Bu məbləğ bəlkə də bu, ayrıca götürülmüş ərazidə vəziyyəti düzəldə bilərdi, lakin bir "amma" var. 

Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat

Məlum olduğu kimi Karapetyanın səxavəti ernəni diasporunun nümayəndələrinin nə birinci, nə də çox təəssüf ki, sonuncu layihəsi deyil. Hər il xaricdə yaşayan erməni zənginləri Ermənistana və işğal olunmuş ərazilərə dəstək üçün iri məbləğdə maliyyə ayırırlar. Erməni diasporu son 25 il ərzində praktiki olaraq daimi iqtisadi böhranda olan Ermənistanı ayaq üstə saxlayır.  Lakin əhali bu pulları görmür.

Bütün bu milyonlar kimlərinsə ciblərində ilişib qalırlar, sadə əhaliyə qəpik-quruş ayrılır ki, hay-küy salmasınlar. Çünki son illərdə etiraz aksiyalrının sayı onsuz da artır.

Misal üçün 1988-ci ildə Spitak zəlzələsndə zərər görmüş erməniləri götürək. Onların çoxu yaşayış yerləri olmadığı üçün 30 ildir ki, vaqonlarda və Gümrüdəki daxmalarda yaşayırlar. Onlara verilməli olan mənzilləri hökumət Ermənistan müstəqil olduqdan sonra unutdu. Lakin erməni diasporunun verdiyi pullarla onlarla kottec tikərək zərərçəkmişləri ora köçürmək olardı. Lakin bir çox başqa işlər kimi bu da edilməyib.

Lakin Karapetyan və onun kimiləri bütün bunları əla başa düşdüklərinə baxmayaraq, dotasiyalarını davam etdirirlər. Bütün bunlar heç də altruizm məqsədilə edilmir. Onlar yaxşı başa düşürlər ki, maliyyə yardımı ilə işğal olunmuş ərazilər 2-3 il ərzndə boşalacaq.

Belə yerdə Ermənistan rəhbərliyinin ölkəni erməni əsilli suriyalı qaçqınlarla məskunlaşdırmaq siyasətini yada salmaq yernə düşər. Onda Ermənistan nümayəndələri hər tində bəyan edirdilər ki, "Yeni Hələb" layihəsini həyata keçirirlər. Layihənin əsas ideyası Yerevan yaxınlığındakı Aştarak şəhərində bu insanlar üçün yaşayış massivi tikmaək idi. Ermənistan hakimiyyəti bu yolla suriyalı qaçqınların problemini həll etməyə söz verirdi.

Lakinsonradan bu bəyanatarın boş sözlər olduğu ortaya çıxdı, çünki erməni hökumətnin belə layihə üçün pulu yoxdur. Ya da pul olub, amma qaçqınlar üçün yox. Lakin öz axmaq səhvini Ermənistan rəhbərliyi etiraf etmək istəməyib və dərhal suriyalı qaçqınları Dağlıq Qarabağ köçürmək kimi bir yeni variant fikirləşib. 

ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı

Lakin bu layihə də fiaskoya uğradı. Səbəb çox sadə idi. İş ondadır ki, Suriya ərazisində yaşayan ermənilər müharibə başlayanadək imkanlı insanlar olublar və qondarma respublikanın ərazisində yaşamaq heç də onlar üçün cəlbedici deyil. Onlar müharibədən qaçıblar və yenidən qeyri-sakit və mütəmadi olaraq silah səslərinin eşidildiyi bölgədə bölgədə yaşamaq istəməzlər. Beləlklə, "böyük köç" başlamamış qurtarıb və Dağlıq Qarabağa əvvəllər Suriyada kənd təsərrüfatı ilə məşğul olmuş yüzədək insan gəlib. Digər suriyalı ermənilər isə ən yaxşı halda sonradan üçüncü ölkələrə getmək üçün Ermənistan ərazisndən istifadə ediblər.

Ona görə də aydındır ki, erməni tərəfinin Dağlıq Qarabağda əhalinin sayını artırmaq üçün iri məbləğlərin köməyi ilə doğumu təşviq etməkdən başqa əlacı yoxdur. Lakin bir çox digər dotasiyalar kimi bu məbləğlərin xoşbəxt valideynlərə çatıb-çatmayacağı məlum deyil.