İDMAN

Norveç Olimpiadaya artıqlaması ilə hazırlaşıb

Norveç yığması Olimpiya Oyunlarında səhvən 15 min yumurta alıb
Sputnik

BAKI, 4 fevral — Sputnik. Pxençxanda keçiriləcək Olimpiya oyunlarında Norveç yığmasının aşpazları sifariş etdikləri 1,5 min yumurta əvəzinə 15 min yumurta alıblar.

“Report” xəbər verir ki, yığmanın üzvləri Koreya şirkəti ilə online-tərcüməçinin köməyi ilə danışırdılar.

“Yarısına qədər yumurta ilə dolu bir avtomobil gəldi. Görəndə ki, yumurtaları nə qədər içəri daşısalar da, onlar bitmək bilmir, çox təəcübləndik”,- aşpaz söyləyib.