Həqiqət İldırımlı: “İndi irəliləyiş həddindən artıq çoxdur”
“Əvvəlki dövrlərlə müqayisədə indi xanımların idmanla məşğul olmasına münasibət dəyişib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında kikboks üzrə peşəkar idmançı Həqiqət İldırımlı deyib.
“Artıq idmanla məşğul olan xanımların sayında artım var. Əvvəllər çox vaxt oğlanlar xanımlara idmanla məşğul olmağa imkan vermirdi. İndi irəliləyiş həddindən artıq çoxdur” — deyə o bildirib.