İDMAN

Şəhriyar Məmmədyarov rekord vurdu

Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xal yığan Məmmədyarov yalnız Maqnus Karlsendən geri qalır
Sputnik

BAKI, 1 fevral — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların fevral ayı üçün yeni reytinq siyahısını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov 2-ci pillədə qərarlaşıb.

Teymur Rəcəbov 18-ci yerdə, Rauf Məmmədov 40-cı, Arkadi Naydiç isə 41-ci yerlə kifayətlənib. Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xal yığan Məmmədyarov yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.