CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə intizama baxacaq şəxslərin adları bilindi

İntizam komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb
Sputnik

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında parlamentin İntizam komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb: Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Kamran Nəbizadə.

Məsələ səsə qoyularaq təsdiqlənib.