İDMAN

Zəkiyev: “Dünya ölkələri dopinqə nəzarəti gücləndirəcək”

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Paralimpiya Oyunları çempionu İlham Zəkiyev deyir ki, bu məsələdə həm idmançıların öz günahları, siyasi məsələlər təsir edir
Sputnik

İlham Zəkiyev: “Peşəkar idmançı heç kimə bəhanə verməməlidir”
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Paralimpiya Oyunları çempionu İlham Zəkiyev Sputnik Azərbaycan-a deyir ki, bu məhdudiyyət idmançıların öz günahıdır: 

“Yarışa ciddi hazırlaşan hər bir idmançı diqqətli olmalıdır. Hər il dəyişən dopinq haqqında yenilikləri izləməli və riayət etməlidir. Peşəkar idmançı heç kimə bəhanə verməməlidir ki, onu oyundan kənarlaşdırsınlar”.