Həsənov: “Bu turnir Şəhriyar Məmmədyarov üçün hazırlıq idi”
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirini 3-cü pillədə başa vurub. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Sputnik Azərbaycan-a deyir ki, Şəhriyar Məmmədyarov əmsalını artıraraq dünya sıralamasında yüksək yerə yüksəldi:
“Martda dünya çempionatı başlayacaq. Bu turnir onun üçün hazırlıq idi və çox yaxşı keçdi”.