BAKI, 30 yanvar — Sputnik. Su-27 döyüş təyyarəsi Rusiya sərhəddi yaxınlığında uçan ABŞ Hərbi Dəniz Qüvvələrinin E-3E "Aries II" radio-elektron kəşfiyyat təyyarəsinin qarşısını alıb.
Sputnik AzərbaycanRusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, yanvarın 29-da saat 12.00 radələrində Qara dənizin neytral sularında Rusiya ərazilərinə doğru uçan naməlum hava hədəfi təsbit edilib.
Su-27 həmin təyyarəyə təhlükəsiz məsafəyə qədər yaxınlaşaraq onun kimə məxsus olduğunu təsbit edib və onun Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyərək qovub.
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə aid kəşfiyyat təyyarəsi istiqamətini dəyişərək Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra Su-27 məxsus olduğu hərbi hava qüvvələrinin bazasına geri dönüb.
Bununla belə, Pentaqon onlara məxsus təyyarənin qarşısının alınmasının təhlükəsiz şəkildə baş vermədiyini iddia edib.
Pentagon, Su-27-nin ABŞ təyyarəsinə çox təhlükəli məsafəyə qədər yaxınlaşdığını irəli sürüb.
Su-27-nin səhvsiz hərəkət etdiyini və heç bir təhlükə yaratmadığını vurğulayan Rusiya MN bildirib ki, Su-27 döyüş təyyarəsinin bütün uçuşu tamamilə beynəlxalq qaydalara uyğun həyata keçirilib, heç bir qanunsuz vəziyyət yaranmayıb.