HADİSƏ

Azərbaycanlı Rusiyada öldürüldü

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci " Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanılıb.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Rusiyada Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən hadisə baş verib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, hadisə "Slavyan Bulvarı" metro stansiyası yaxınlığında taksi dayanacağında baş verib. Bir neçə adam 1989-cu il təvəllüdlü Mahir Rüstəmovu silahla vurub.

Təcili tibbi yardım gələnə qədər Rüstəmov başından aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanılıb.