BAKI, 27 yanvar — Sputnik. ABŞ hökuməti Moskvaya qarşı sanksiyaların genişləndirilməsi, Rusiya ilə iqtisadi və digər əlaqələri qırmağı düşünürsə, bu onların haqqıdır. Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır.
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.
“Vaşinqtonda illüziyalardan xilas ola bilmirlər ki, Rusiyanı vizaların ləğvi, ticarət qadağaları ilə qorxutmaq, beynəlxalq arenada müstəqil kurs yeritmək və özünün milli maraqlarını qorumaqdan çəkindirmək qeyr-mümkündür. Mənasız sanksiyalar kampaniyası isə yalnız ABŞ biznesi üçün maliyyə itkisinə çevriləcək” — bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu bildirilib.