BAKI, 26 yanvar — Sputnik. Parisdəki Luvr muzeyinin rəhbərliyi muzeyin aşağı hissəsində olan İslam mədəniyyəti bölməsini bağlamaq qərarına gəlib. Rəhbərlik bu addımı Sena çayında suyun səviyyəsinin sürətlə artması ilə əlaqələndirir.
Luvrun nümayəndəsi bölmədə olan tarixi eksponatların suyun altında qala biləcəklərini və bu səbəbdən qabaqlayıcı addımların atıldığını açıqlayıb. Bölmənin işi yanvarın 28-dən dayandırılıb. Lakin muzeydə eksponatların başqa bir yerə köçürüləcəyi barədə söz deyilməyib.
Xatırladaq ki, Sena çayının səviyyəsi 5 metri ötüb. Şəhər rəhbərliyi bir neçə metro stansiyasının bağlanması, suya qarşı maneələrin qurulması barədə göstəriş verib.