BAKI, 26 yanvar — Sputnik. Türkiyə Konstitusiya Məhkəməsinin (AYM) keçmiş sədri Haşim Kılıçın oğlu Fatih Samed Kılıç həbs olunub. Sputnik Türkiyə xəbər verir ki, o Fətullah Gülən şəbəkəsinə (FETÖ terror təşkilatı) üzvlükdə şübhəli bilinir.
Ankara Respublika Baş Prokurorluğundan verilən məlumata görə, oğul Kılıç FETÖ üzvlərinin gizli danışıq şəbəkəsi olan ByLock-dan istifadədə təqsirləndirilir.
Qeyd edək ki, sabiq AYM sədri ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında dəfələrlə siyasi intriqalar yaşanıb.