İDMAN

Azərbaycanda dopinqlə mübarizə gücləndirilir

"İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında" qanuna əlavələr müzakirə ediləcək
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara əlavələrin edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu komitə sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, yaz sessiyasında Səhiyyə komitəsi ilə birgə "Reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsinin hazırlanması və müzakirəsi nəzərdə tutulur.