HADİSƏ

Bakıda yaşanan təhlükəli proseslə bağlı Xüsusi Qərargah məlumat yayıb

"Ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir"
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranan sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində (RİH) yaradılan Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Səbail RİH-in mətbuat xidmətindən məlumat verilib.

"Teleqüllə köçkünləri"nin taleyinə aydınlıq gətirildi

Bildirilib ki, ilknövbədə mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meylli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

"Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib. İcra hakimiyyəti tərəfindən yaradılan müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onlarım məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb" — Səbail RİH-dən məlumat verilib.

Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir: "Sürüşmə hadisəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir".

Qeyd olunur ki, sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib: "Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir. Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək".