RUSİYA

RF əleyhinə növbəti hay-küylü qərar: Rusiya bayrağı qadağan olundu

Müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunub
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bu il Koreyanın Pxençxan şəhərində keçiriləcək Olimpiadada öz idmançılarını dəstəkləmək istəyən rusiyalı azarkeşlər ölkələrinin bayraqlarını tribunlara keçirə bilməyəcəklər. Müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, BOK Olimpiadada iştirak etməyən ölkələrin simvolikasının oyunların keçirildiyi əraziyə aparılmasını qadağan edib. Rusiya yığmasının Olimpiadada iştirakı qadağan olunduğundan qərar bu ölkənin simvolikasına da şamil olunur.

Rusiya idmançıları Pxençxan Olimpiadasında yalnız neytral bayraq altında çıxış edə biləcəklər.