İDMAN

Qurbanovun ayağı düşərli oldu

UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bu gün İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqası turnirinin püşkatma mərasimi keçirilib.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası 3-cü qrupda Farer adaları, Malta və Kosovo yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, oyunlara bu ilin sentyabrında start veriləcək.