CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbi turistləri beş əsr geriyə apara bilərik — MÜRACİƏT

Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Qəbələ rayonunun dilbər guşələrindən olan Həzrə kəndi həm gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də Həzrə kəndində yerləşən Həzrə baba türbəsidir.

Bu türbə rayona gələn turistlərin də diqqət mərkəzində olan abidələrdən biridir. Düşünsək ki, son zamanlar respublikamızda ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb, o zaman tarixi abidələrimizin baxımı və bu abidələrdə yaradılmış şərait də olduqca yüksək səviyyədə olmalıdır.

Azərbaycanda ilanların mühafizə etdiyi qəbir kimindir

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələdə yerləşən abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənən kitabələr həkk olunub. Həzrə kəndində tarixi abidələrlə yanaşı, qəbiristanlıqda türbələrə, yerli feodal təbəqəsinin görkəmli nümayəndələrinin məzarlarına da rast gəlmək mümkündür. Burada üzərilərinə olduqca nəfis şəkildə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlar işlənmiş qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək mümkündür.

Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olduğu deyilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar zamanı, təxminən XII-XIII əsrlərə aid edilən qəbirlər də tapılıb. Həzrə kəndində dövlət tərəfindən qorunan bu tarixi abidələr maraqlı bir səmtdə inşa edilib. Belə ki, bir türbənin giriş hissəsi cənub-qərbə, digərləri isə şimal-qərbə baxır. Bunların giriş hissələrindəki nöqtələrdən çəkilmiş ox işarəsi birinci türbənin girişində tamamlanır.

Bundan belə nəticəyə gəlmək olar ki, türbələr memarlıq məharəti ilə, əvvəlcədən düşünülmüş vahid layihə əsasında tikilib. Başqa maraqlı cəhətlərdən biri də odur ki, bir türbədə olan motivlər digər türbələrdə də işlədilib.

Qeyd edək ki, 2006-cı ildə ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsinin müraciətinə əsasən, XV-XVI əsrlərin tarixi abidəsi olan Həzrə türbələri kompleksində təmir bərpa işləri aparılıb. Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası tərəfindən görülüb.

Respublika əhəmiyyətli belə abidələrin mütəmadi olaraq yoxlanılması, baxımı, qorunub saxlanılması istiqamətində işlərin görülməsi vacibdir. Məhz bu baxımdan da, bu abidələr tez-tez ziyarət olunmalı, vəziyyəti barədə nazirliyə və aidiyyatı qurumlara məlumat verilməlidir.

Qarabağdakı abidələrimizi kimlər və niyə farslaşdırır?

Bu, bizim tariximizə və mədəniyyətimizə olan qayğının bariz nümunəsidir. Prezident tərəfindən ölkədə turizmin inkişafına böyük dəstək və qayğı var. Deməli, aidiyyatı orqanlar da bu işin öhdəsindən layiqincə gəlməlidir. Turizmin inkişafı üçün, eləcə də bu obyektlərə gələn qonaqların və turistlərin rahatlığı üçün şərait yaradılmalıdır.

Bu abidələrə vaxtlı-vaxtında baxım göstərilməsi, qorunub saxlanılması gələcək nəsillərə ötürülməsi məsələsində də vacibdir. Son zamanlar ölkəyə, eləcə də Qəbələyə gələn turistlər üçün turlar məhz belə tarixi məkanlara təşkil edilməlidir. Çünki tariximizin tanınması, göz önünə çıxarılması olduqca əhəmiyyətlidir. Düzdür, hazırda Qəbələ Turizm İnformasiya Mərkəzi tərəfindən abidəyə müəyyən turlar təşkil olunur.

Lakin onu da vurğulamaq yerinə düşər ki, hazırda bu abidə dağılmaq təhlükəsi ilə üz-üzədir. Yağışın, eləcə də qarın altında qalan bu abidəyə zamanında sahib çıxılmazsa, gördüyümüz o sənduqələrdən əsər-əlamət qalmayacaq.

Abidənin mühafizəçisi, eləcə də kənd sakini olan Elman Məmmədov da bildirir ki, məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin müvafi yerli qurumlara müraciət etsələr də, hələlik problem həllini tapmayıb.

Onu da vurğulayaq ki, məhz bu abidə də tariximizin dərin köklərinə nəzər salmaq, daha dərindən öyrənmək, yeni araşdırmalar aparmaq üçün olduqca önəmlidir. Abidənin nəzarətçisi qəbiristanlıqda çox qədim dövrə məxsus müsəlman qəbirlərinin olduğunu deyir.

Ümid edirik ki, artıq bu məsələ ilə bağlı aidiyyatı qurumlar tədbir görəcək, abidə təmir-bərpa olunacaq, həmçinin bölgəyə turist axını üçün müəyyən işlərin görülməsinə start veriləcək.

1 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
2 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
3 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
4 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
5 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
6 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
7 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
8 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
9 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
10 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
11 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
12 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
13 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
14 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
15 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
16 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
17 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri
18 / 18
Qəbələ rayonunda yerləşən Həzrə türbələri