BAKI, 24 yanvar — Sputnik. Araşdırmaya görə, hürərək nəsə anlatmağa çalışan itləri qadınlar kişilərdən daha yaxşı anlayır. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 18 itin müxtəlif istəyi zamanı çıxardıqları səslər qeydə alınıb. Daha sonra qadın və kişilərdən ibarət 40 iştirakçıya itlərin müxtəlif səslərini eşitdiriblər. İtlərin sevinc, qorxu, əyləncə, ümidsizlik, hücum zamanı çıxardıqları səslərini iştirakçılara dinlədilib.
Araşdırmaçı Tamas Faraqo Broadli tədqiqat barədə belə deyib: "Son araşdırmamız itlərin və insanların başqalarının çıxardıqları səslərdən nə hiss etdiklərini anlamaq üçün beyində bənzər sahələrindən istifadə etdiyini göstərib. Qadınlar bioloji cəhətdən daha empatik və hissiyyatlı olduqları üçün itlərin duyğularını daha tez hiss edirlər. Hətta qadınlar digər məməlilərin səslərini də eyni formada daha tez ayırd etmək gücünə malikdirlər".