İDMAN

Sifətindən təpiklənən Ronaldu elə hala düşdü ki... - VİDEO

Göz nahiyəsindən zədə alan futbolçuya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Madridin "Real" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu (Cristiano dos Santos Averio) aldığı zədədən sonra tanınmaz hala düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, dünyanın ən güclü futbolçularından olan Ronaldu "Deportivo" ilə matçda rəqibin sərt müdaxiləsi nəticəsində ağır yaralanıb. Göz nahiyəsindən zədə alan futbolçuya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Ancaq futbolçunun üzünə dəyən zərbə izsiz ötüşməyib. Sifətində şiş yaranan Ronaldu məşqə qatılan zaman çəkilən videosu hamını təəccübləndirib. Görüntüləri təqdim edirik.