BAKI, 23 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putinin bu il keçirilən seçkilərdə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza toplanıb.
Sputnik AzərbaycanRİA-ya istinadən xəbər verir ki, Rusiyada seçki öncəsi imzatoplama kampaniyası dünən sona çatıb.
Prezidentliyə digər namizəd, teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə 101 min imza toplaya bilib.
Qeyd edək ki, Rusiyada prezidentliyə namizəd ola bilmək üçün 100 min imza toplamaq kifayət edir.
Seçkilər bu il martın 18-də keçiriləcək.