BAKI, 22 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatla bağlı açıqlama verib. Sputnik xəbər verir ki, nazir əməliyyata səbəb kimi ABŞ-ın davranışlarını göstərib.
"Amerikanın Suriyadakı davranışları Türkiyəni özündən çıxardı. Vaşinqtonun PYD-ni ölçüsüz silahlandırması hərbi əməliyyatın başlamasına gətirib çıxardı. Bir çox mütəxəssislər bizə deyirlər ki, "Niyə narahat olursunuz? Əksinə, imkan verin, ABŞ nə qədər təxribatçı dövlət olduğunu bütün dünyaya sübut etsin"", — Lavrov bildirib.
Rusiyalı nazir, bununla belə, ABŞ-la dialoqa hər zaman hazır olduqlarını söyləyib: "Onlar nə qədər bizimlə eyni cür düşünməsələr də, Rusiya hər zaman dialoqa hazırdır. Bunu dəfələrlə dilə gətirmişik. İndi də bu təklifimiz keçərlidir".