İlham Əliyev təhsil nazirinin müavinini vəzifəsindən azad edib

Təhsil nazirinin müavini vergilər nazirində vəzifə aldı
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib.

Sputnik AzərbaycanAPA-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

M.Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib.

Yeni vəzifəsinin icrasına başlayan M.Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Xatırladaq ki, Mikayıl Cabbarov 5 dekabr 2017-ci il tarixində prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri postundan azad olunaraq vergilər naziri təyin edilib. Bu təyinatın ardından o, Təhsil Nazirliyində birlikdə işlədikləri kadrları tədricən Vergilər Nazirliyinə transef edir.