RUSİYA

Rusiyalı oğlan məktəbdə qanı su yerinə axıdıb

Yeniyetmə cinayətkar xəstəxanada polis nəzarətinə götürülüb
Sputnik

BAKI, 19 yanvar — Sputnik. Rusiyada qəribə hadisə yaşanıb. Buryatiya Respublikasının Sosnovıy Bor kəndində 9-cu sinif şagirdi olan oğlan əlində balta və bıçaqla şagirdlərə hücum edib.

Sputnik AzərbaycanBBC-yə istinadən xəbər verir ki, 7-ci sinif otağına girən məktəbli bir neçə şagirdi yaralayıb. O, parça yandıraraq müəllimə tərəf atıb və sonra bıçaqla hədə-qorxu gəlməyə başlayıb. Şagirdləri və müəllimi yaraladıqdan sonra məktəbli özünə də bıçaq zərbələri endirib.

Buryatiya Respublikasının Sosnovıy Bor kəndində məktəb

Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Yeniyetmə cinayətkar xəstəxanada polis nəzarətinə götürülüb. Məsələ ilə bağlı cinayət işi açılıb.