CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlıdır?

Orduxan Mehdiyevi bu ünvanlardan heç birində tapmaq mümkün olmayıb
Sputnik

BAKI, 18 yanvar — Sputnik. Qazaxıstanın Aktobe vilayətində yanan avtobusun sahibi Mehdiyev Orduxan Sabir oğludur. Sputnik Azərbaycan Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, onun azərbaycanlı olduğu güman edilir.

Dost ölkədə dəhşət yaşandı: 52 sərnişin avtobusda diri-diri yandı

Mehdiyev Orduxan Sabir oğlunun adına yanan avtobusdan başqa daha iki avtobus qeydiyyatdadır. Avtobuslardan biri Şımkentdə, ikincisi Aktasda, üçüncüsü Jibek Jolada qeydiyyatda olub. Orduxan Mehdiyevi isə bu ünvanlardan heç birində tapmaq mümkün olmayıb.

Bəzi məlumatlara görə, onun sərnişin daşımaları üçün müvafiq lisenziyası olmayıb. “Çox güman ki, o, icarə müqaviləsi əsasında işləyib” – məlumatda qeyd olunur.

Yanan avtobus 1989-cu ildə buraxıldığından, hələ 2016-cı ildə texniki baxışdan keçməliymiş. Amma avtobus sonuncu dəfə icbari texniki baxışdan 2015-ci ilin avqust ayında keçib. Texniki baxış sənədinin saxta olduğu istisna edilmir.

Xatırladaq ki, yanvarın 18-də Aktobe vilayətində yanan avtobusda 52 nəfər diri-diri yanıb.