BAKI, 17 yanvar — Sputnik. Kolumbiyada inşa edilən körpü çöküb.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, xilasedicilər ən azı 9 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildiriblər.
Xilasetmə işləri davam edir.
Qeyd edək ki, 446 metr hündürlükdə olan, inşası tamamlanmayan körpünün çökməsi nəticəsində işçilərin bəziləri 280 metr dərinliyə düşüblər.