Türkiyə müdafiə nazirinin səfəri zamanı ajiotaj

Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Türkiyədə 16 yanvar Mətbuat Günü münasibətilə Kocaeli şəhərinə səfər edən baş nazirin müavini, müdafiə naziri Fikri İşıkı müşayiət edən avtomobil karvanının hərəkət istiqamətində yola yerləşdirilən şübhəli bağlama tapılıb. Sputnik AzərbaycanCNN-ə istinadən xəbər verir ki, bağlama təhlükəsizlik səbəbilə polis nəzarətində partladılıb.

Yolda şübhəli bağlama olduğunu polisə vətəndaşlar xəbər veriblər. Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb. Çanta partladılandan sonra içərisindən paltarlar çıxıb.