İDMAN

Futbol çempionatında qeyri-adi olay

Təhlükəsizlik məqsədi ilə azarkeşlər meydana endirilib
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Futbol üzrə Portuqaliya Premyer Liqasında maraqlı hadisə yaşanıb. Liqanın 18-ci turunda "Eştoril" və "Porto" arasındakı oyun yarımçıq dayandırılıb.

Sputnik Azərbaycan "Mirror"a istinadən xəbər verir ki, oyunun dayanmasına səbəb stadionun uçması ehtimalı olub. Təhlükəsizlik məqsədi ilə azarkeşlər meydana endirilib.

Qeyd edək ki, matçın ilk hissəsi 1:0 hesabı ilə ev sahibi olan "Eştoril"in xeyrinə bitib. Yarımmüdafiəçi Eduardo Antonio 16-cı dəqiqədə fərqlənib. Matçın geridə qalan 45 dəqiqəsinin nə vaxt keçiriləcəyi hələ ki, açıqlanmayıb.