İDMAN

"Qarabağ" dünyanın ən güclü 100 komandası siyahısında

Ötən il uğurlu nəticələr göstərən "Qarabağ" klubu 136 xalla dünyanın 93-cü komandasıdır
Sputnik

BAKI, 16 yanvar — Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı komandalarının adını açıqlayıb. Sputnik Azərbaycan İFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, 402 komandanın yer aldığı siyahıda Azərbaycanın 3 futbol komandası da var.

Ötən il uğurlu nəticələr göstərən "Qarabağ" klubu 136 xalla dünyanın 93-cü komandasıdır. "Zirə" klubu siyahıda 72 xalla 296-cı yerdə qərarlaşıb. Hesabında 65 xal olan "Qəbələ" isə 353-cü pillədədir.

Siyahıya İspaniya "Real"ı başçılıq edir — 328 xal. Braziliya "Qremio"su 286 xalla 2-ci, İngiltərə təmsilçisi "Mançester Yunayted" 284 xalla 3-cüdü