BAKI, 16 yanvar — Sputnik. 12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yarışda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub: "Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub".
Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Darya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.