İDMAN

Neymara görə onu qurban verəcəklər

Onun alınmasının ümumi xərci 400 milyon avro təşkil etməlidir
Sputnik

BAKI, 14 yanvar — Sputnik. İspaniyanın "Real" Madrid klubunun prezidenti Florentino Peres Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymarın alınmasında maraqlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Cadena SER" yazıb.

İddiaya görə, "Real" Neymarın alınması ilə bağlı danışıqlar zamanı puldan əlavə, Ronaldon da təklif etməyə hazırdır. Peres bu təklifin PSJ-nin braziliyalını satmağa razı salacağını düşünür. Transfer 2018-ci il dünya çempionatından sonra reallaşmalıdır.

Qeyd edək ki, "Real"ın Neymarla maraqlanması barədə ilk olaraq yanvarın 12-də xəbər yayılıb. Onun alınmasının ümumi xərci 400 milyon avro təşkil etməlidir.

Neymar uğrunda mübarizəyə İngiltərənin "Mançester Yunayted" klubu da qoşulub. Hər iki komandanın mübarizəsi hücumçunun qiymətini yarım milyard avroya kimi qaldırıb.

Qeyd edək ki, Nymar PSJ-yə yayda "Barselona"dan keçib. Onun transferi 222 milyon avroya başa gəlib.